Sizin link burada

Gürcü mafiyasına qarşı əməliyyat: dəstə tutuldu

 

 

Yunanıstan polisi mütəşəkkil cinayətkar qrupunun üzvü olan 21 nəfəri həbs edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müxtəlif cinayətlər törətməkdə ittiham olunan şəxslərdən 18-i Gürcüstan vətəndaşıdır, qalan üçü isə Yunanıstan, İraq və Bolqarıstandandır.

 

Afina polisinin rəsmi nümayəndəsi İoanna Rotzioku saxlanılan qrupun ən iri cinayətkar şəbəkə olduğunu qeyd edib. Onun sözlərinə görə, zərərsizləşdirilmiş şəbəkənin özəlliyi ondan ibarətdir ki, o, bir-birindən asılı olmayan, lazım gəldikdə isə əlbir olan dörd qrupdan ibarət olub.

 

Ötən gün Yunanıstanda keçirilən əməliyyat ölkənin bütün ərazisini əhatə edib.    

 

Saxlanılanlar 24-64 yaşlarındadır. Onlar 70 mənzil oğurluğu, silahlı soyğunçuluq, narkotik maddələrin satışı və digər cinayətlər törətməkdə ittiham olunurlar.  

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>