Sizin link burada

Prezident İlham Əliyev bu rayona 2 milyon manat ayırdı

Prezident İlham Əliyev Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi isə göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>