Sizin link burada

İsrail beynəlxalq məhkəməyə veriləcək

İsrail Qəzza zolağındakı vəziyyətlə əlaqədar beynəlxalq məhkəməyə veriləcək. Lent.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. O deyib ki, Antalyada səfərdə olan Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə bu barədə müzakirələr də aparılıb: “Məsələnin arxasınca sonuna qədər gedəcəyik. İsrail cəzalanmadıqca əsdirdiyi terror küləyinin dalğası get-gedə daha da dağıdıcı olur”.

 

Qeyd edək ki, 14-15 may tarixlərində Qəzza zolağında İsrail əsgərləri ilə fələstinlilərin toqquşması nəticəsində 70-dən çox insan dünyasını dəyişib.

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>