Sizin link burada

Bakıda banka basqın edib müştərini girov götürən şəxsdən YENİ XƏBƏR

Bakıda banka basqın edərək müştərini girov götürməkdə əqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlunatları dəqiqləşdirilib. Həmçinin N.Məmmədovun müdafiəsinə yeni vəkilin qoşulduğu elan edilib. Vəkil işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

 

Növbəti məhkəmə iclası mayın 29-na təyin edilib.

 

Qeyd edək ki, hadisə ötən il saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. N.Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədarlıqdan pul verilməsini, əks halda qadını öldürəcəyini deyib. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.

 

Araşdırma zamanı həmin şəxsin paytaxtın Yasamal rayon sakini 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğlu olduğu müəyyən edilib.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>