Sizin link burada

141 sərnişini olan təyyarə şassisiz eniş etdi

Səudiyyə Ərəbistanının “Saudi Arabian Airlines” aviaşirkətinə məxsus təyyarə Ciddə şəhərinin hava limanında qəza enişi edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, uçuş zaman Mədinədən Banqladeşin paytaxtı Dəkkəyə uçan təyyarənin qabaq şassisində nasazlıq yaranıb.

 

Pilotların cəhdinə baxmayaraq şassinin buraxılması mexanizmi işə düşməyib. İnsident nəticəsində göyərtəsində 141 sərnişin və 10 ekipaj üzvünün olduğu təyyarədə xəsarət alan olmayıb.

 

Hadisənin səbəbləri araşdırılır.

 

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>