Sizin link burada

Obama özünə yeni iş tapdı

ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel ABŞ-ın nəhəng əyləncə və video-strim şirkəti olan “Netflix”lə müqavilə bağlayıb.

 

Lent.az-ın “oxu.az”-a istinadən xəbərinə görə, Obama cütlüyü televiziya layihələrinə prodüserlik edəcək.

 

Bu barədə “Netflix”in rəsmi “Twitter” hesabında məlumat yayılıb. Uzunmüddətli müqaviləyə əsasən Mişel və Barak strim xidməti üçün yeni filmlərin və serialların istehsalı ilə məşğul olacaq.

 

Obama cütlüyü yeni layihələrdə əsas diqqəti tarixdə milyonlarla insana ilham mənbəyi olmuş istedadlı şəxsiyyətlərə yönəltmək niyyətindədir.

 

Xatırladaq ki, yanvar ayında “Newsweek” nəşrinin mənbəyi Obamanın 2018-ci ildə siyasətə qayıdacağını bildirmişdi. İddiaya görə, o, Demokratlar partiyasının əvvəlki nüfuzunu bərpa etmək üçün aktiv siyasi fəaliyyətlə məşğul olacaq.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>