Sizin link burada

Azərbaycanda DƏHŞƏTLİ İŞGƏNCƏ: 5 yaşlı uşağa görün nələr etdilər

Azərbaycanda beş yaşlı uşaq valideyni tərəfindən işgəncələrə məruz qalıb.

 

 

 

Bunu Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə deyib. Kəmalə Ağazadənin sözlərinə görə, əlləri və ayaqları bağlanaraq şiddətə məruz qalmış uşağa zorakılıq hərəkəti əyalətlərdən birində edilib. Birliyin sədri deyib ki, zorakılığa məruz qalmış uşağın şəklini ona instagram sosial şəbəkəsi vasitəsi ilə ona yollayıblar:

 

“Dərhal araşdırmağa başladım. Uşağın valideynləri və region haqqında hələ ki, heç bir məlumat vermək istəmirəm. Artıq bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Məsələ barəsində danışılıb. Sabah mən həmin uşağın zorakılığa məruz qaldığı rayona gedəcəyəm. Müvafiq qurumlarla yerində araşdırma aparacağıq”.

 

 

 

Azərbaycan Uşaqlar Birliyinin sədri deyib ki, fotodakı şəkil həqiqidir:

 

“Uşaq öz valideyni tərəfindən zorakılığa məruz qalıb. Onun beş yaşı var. Səbəbi nə olursa olsun, uşağa qarşı şiddətə görə hər bir valideyn cəzalandırılmalıdır. Rayonun adını açıqlaya bilmərəm. Sabah bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.

 

Qeyd edək ki, baş vermiş hadisəni diqqətdə saxlayacağıq.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>