Sizin link burada

“Liverpul”dan “Yuventus”a keçdi

“Liverpul”un yarımmüdafiəçisi Əmrə Canın “Yuventus”a keçidi baş tutub. Apasport.az saytının “Guardian”a istinadən məlumatına görə, Almaniya millisinin üzvü yeni komandası ilə münasibətləri rəsmiləşdirib.

 

“Liverpul”la müqavilə müddəti başa çatan Türkiyə əsilli oyunçu italyanlara havayı başa gəlib. Skudettonun qalibi ilə 5 illik sazişə qol çəkən 24 yaşlı dayaq yarımmüdafiəçisinin illik məvacibi 5 milyon avro olacaq.

 

 

Qeyd edək ki, Əmrə Can “Liverpul”a 2014-cü ildə “Bayer”dən keçib.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>