Sizin link burada

Sumqayıtda narkoloji xəstələrin sayı açıqlandı: 66-sı qadındır

Sumqayıtda narkoloji xəstəliyə tutulanlanların və narkomanların sayında ötən ilə nisbətən artım müşahidə olunur.

Lent.az-ın xeberle.com –a istinadən məlumatına görə, 2017-ci ilin birinci rübü üçün narkoloji xəstələrin sayı 3656 (65 qadın), narkomanlar sayı isə 1864 nəfərə təşkil edirdisə, 2018-ci ilin ilk rübündə bu rəqəm narkoloji xəstələrin sayında 3777 (66 qadın), narkomanların sayında isə 1942 nəfər olub. Bu da narkoloji xəstələrin sayında ötən ilə nisbətən 121 nəfər (3.3 faiz), narkomanların sayında isə 78 nəfər (4.1 faiz) artım deməkdir.

 

Dispanserdən o da bildirilib ki, xəstə 5 il narkotik və 3 il alkoqol qəbul etmədikdə ona praktiki sağlam diaqnozu qoyularaq qeydiyyatdan çıxarılır: "Narkoloji xəstələrin müalicəsi üç mərhələdə həyata keçirilir: Abstinent sindromun aradan qaldırılması; Remissiyanın formalaşması; Remissiyanın stabilləşməsi. Müalicə narkoloji müəssisədə stasionar, ambulator və ya xəstənin evində ambulator şəraitdə "Narkoloji xidmət və nəzarət haqqında” 2011-ci il qanununa müvafiq olaraq aparılır. Müalicə könüllü və məcburi qaydada həyata keçirilir. Məcburi müalicə cinayət törətmiş narkoloji xəstələrdə cəzaçəkmə müəssisəsində aparılır. Cinayət törətmiş narkoloji xəstələrin məcburi müalicəsi ixtisaslaşdırılmış müalicə müəssisələrində aparılır. Reabilitasiya prosesi isə xəstənin maksimal dərəcədə həyata uyğunlaşmasına yönəlmiş kompleks-tibbi, sosial, təhsil, əmək tədbirlərindən ibarətdir. Xəstə 5 il narkotik və 3 il alkoqol qəbul etmədikdə ona praktiki sağlam diaqnozu qoyularaq qeydiyyatdan çıxarılır”.

 

Narkoloji xəstələrə daha çox 25-45 arasında yaş qruplarında rast gəlinir.

 

Qeyd edək ki, bu il üçün narkoloji xəstələrdə, xüsusilə narkomanlarda sağalma 20 faiz təşkil edir.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>