Sizin link burada

“Ana-bacı söyüşü söydüyü üçün...” – DOSTUNU ÖLDÜRƏN

 

 

Dostunu avtoyumada maşın saxlamaq üstündə başlayan mübahisəyə görə ürəyindən vuraraq öldürməkdə təqsirləndirilən Qabil Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə prokuror ittiham aktını elan edib

 

Q.Məmmədov ittihamla özünü qismən təqsirli bilib. Deyib ki, dostu Vamiqin xətrini çox istəyib, hadisə zamanı da onu öldürmək istəməyib: “Uşaqlıq dostu olmuşuq. Eyni hərbi hissədə çalışmışıq. Hadisə günü avtoyuma məntəqəsində rastlaşdıq. Dedi ki, maşını aralı saxla. O, avtomobilini yumaqdan yeni çıxarmışdı. Etiraz elədim, dedim ki, bu qədər məsafə var, niyə maşını çəkim? Yenə dedi ki, çəkməlisən. Mübahisə elədik. Öz maşını ilə mənim maşınımı vurub getdi. Mən də arxasınca sürdüm. Yolda ona çatdım. Dairədən dönəndə yenə maşını fırladıb məni vurdu. Maşınlar dayananda düşüb ona tərəf getdim. Söyüş söydü. Maşında tutaşdıq. Bıçağın ona necə dəydiyini bilmirəm. Öldürmək niyyətim olmayıb. Bıçaq Vamiqin üstündə idi. Onun əlindən almışam".

 

Mərhumun xanımı, hüquqi varis kimi tanınan Yeganə Cəfərova buna etiraz edib. Deyib ki, həyat yoldaşının üzərində bıçaq olmayıb.

 

Təqsirləndirilən Məmmədov yalan danışmadığını deyib: "Yeganə, sən məmin bacımsan. Bilirsən ki, onunla necə münasibətimiz olub. Onu öldürmək niyyətim olmayıb. Əməlimdən peşmanam. Şokda idim. Qorxduğum üçün qaçmışdım. Sonra özüm təslim olmuşam".

 

Digər şahid mərhumun atası Süleyman Cəfərov olub. Suallara cavab verən Süleyman Cəfərov onlarla barışığa bircə dəfə cəhd edildiyini, amma razılaşmadığını deyib: "Əmisi uşaqları bir ay sonra zəng elədi ki, gəlmək isrəyirik. Dedim ki, lazım deyil. Bu qədər vaxta niyə gəlmirdilər ki? Ağsaqqalları, ailəsi bir dəfə də gəlməyiblər".

 

Qeyd edək ki, hadisə ötən il Xızı rayonu ərazisində-Giləzi-Xızı yolunda baş verib.

 

38 yaşlı Vamiq Cəfərov avtoyumada maşınını saxlayıb. 41 yaşlı Qabil Məmmədov da həmin yerə gəlib və maşını orada saxlayıb.

 

Vamiq Cəfərov həmkəndlisinə irad bildirib ki, maşını onun maşınından kənarda saxlasın. Qabil isə bununla razılaşmayıb. Aralarında mübahisə yaranıb.

 

V.Cəfərov əsəbləşərək maşını ilə Məmmədovun maşınına zərbə endirib və oradan uzaqlaşıb. Q.Məmmədov maşını ilə Cəfərovun arxasınca gedib. Yolda onlar maşınlarını yenə bir-birinə  vurublar. Q.Məmmədov  düşərək Cəfərova tərəf gedib. Qapını açaraq Cəfərova bıçaqla zərbə endirib və oradan qaçıb. Bıçaq zərbəsi Cəfərovun ürək nahiyyəsinə dəyib. İttihamda qeyd edilir ki, Q.Məmmədov hadisədən sonra Bakıya qaçıb. İki gün sonra isə saxlanılıb.

Qabil Məmmədov ilkin ifadəsində deyib ki, həmkəndlisi Vamiq Cəfərovu ona ana-bacı söyüşü söydüyü üçün bıçaqlayıb.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>