Sizin link burada

Zibilə görə 800 manat cərimələndilər - RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Xətai rayonu Nobel prospekti 159 ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexindən gələn iy-qoxu ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, əraziyə keçirilən baxış zamanı avtomobil təmir sexinin qarşısında müxtəlif növ tullantıların qalaqlanması faktı aşkar edilib. Araşdırma zamanı tullantıların sözügedən sexə məxsus olduğu məlum olub.

Faktla bağlı təmir sexinin icarədarı Qorxmaz Hüseynov barəsində akt və protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə edilib.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>