Sizin link burada

Rövşən Lənkəranskinin tərəfdarına HÖKM OXUNDU

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmə başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən Bəhruz Əsgərov 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Bəhruz Əsgərov narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilib.

 

Lakin təqsirləndirilən şəxs özünü təqsirli bilməyib və narkotik maddənin ona aid olmadığını deyib.

 

Onu da qeyd edək ki, Bəhruz Əsgərov kriminal aləmə yaxın adamdır. Onun 2016-cı ildə İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin tərəfdarı olduğu bildirilir. Bundan başqa Bəhruz Əsgərovun qardaşları da kriminal aləm üzvüdür.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>