Sizin link burada

Bakıda universitet tələbəsinin DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb. Lent.az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Bəhruz Nəzərov Modern.az saytına açıqlamasında Ramiz Şahmalıyevin universitetin tələbəsi olduğunu təsdiqləyib: “Ramiz Şahmalıyev neft-qaz mədən fakültəsinin 4-cü kurs tələbəsi idi. 565 balla universitetə daxil olub. 4-cü kursa  keçəndə akademik məzuniyyət götürmüşdü. Birinci-ikinci kursları əla qiymətlərlə oxusa da, sonradan bir az zəif göstəriciləri olub. Ümumilikdə isə çox yaxşı təhsil göstəricilərinə sahib olan tələbə idi. Keçən ilki məzuniyyətdən sonra bu il qayıdıb, imtahanlarını verib və hər şey qaydasında idi. Hamı da gözləyirdi ki, diplomunu alacaq”.

 

B.Nəzərovun sözlərinə görə, tələbənin intihar səbəbinin psixoloji durumundakı problemlər olduğu ehtimal edilir: “Ramiz Şahmalıyevin valideynləri ilə əlaqə yaradılıb. Onun kəsrləri də yox idi. Lakin tələbənin son vaxtlar müəyyən psixoloji problemləri var idi. Yəqin ki, intihar səbəbi də budur”.

 

Qeyd edək ki, tələbənin intiharı ilə bağlı ilk xəbəri “Report” yayıb.

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>