Sizin link burada

34 minlik üzük, 600 royal... – Şahzadənin qeyri-adi toyu

Şənbə günü Müqəddəs Georgi kilsəsində Böyük Britaniyanın altıncı şahzadəsi Harri ilə aktrisa Meqan Marklın toyu keçirildi. Lent.az xəbər verir ki, bütün dünyanın nəzərlərinin çevrildiyi toy bir sıra maraqlı məqamlarla yadda qaldı.

 

 

Meqan noyabrdan bəri...

 

 

 

Aktrisa Meqan Marklla şahzadə Harri ilə ötən ilin noyabrında nişanlanıblar. Hətta elə noyabrdan bəri Meqan kral malikanəsində yaşayırmış. O, bu müddət ərzində gələcək həyat yoldaşı ilə üç dəfə kraliça ilə görüşmək şansına da sahib olub.

 

 

Meqanı kilsəyə niyə anası gətirdi?

 

Adətlərə görə, Meqan Marklı kilsəyə atası qoluna girərək gətirməli idi. Amma gəlin anası ilə birlikdə kilsəyə gəldi. Aktrisanın atası toyda da iştirak etmədi. Bu da dünya mediasının gündəmindən yayınmadı. Rəsmi məlumatlarda bildirildi ki, Tomas Markl səhhətindəki problemlər üzündən qızının bu əlamətdar günündə yanında olmayıb. Amma “Magazine” jurnalı Tomas Marklın parkinson xəstəsi olduğunu, son vaxtlar vəziyyətinin daha da ağırlaşdığını, məhz bu səbəbdən toya qatıla bilmədiyini yazdı. Kral ailəsindən isə bu iddialara cavab verilmədi.

 

 

 

25 min funtluq üzük...

 

Cütlüklərin adlarının yazıldığı toy üzüyünün qiyməti 25 min funt –sterlinqdir (33 min 500 dollar) . Üzük görünüş olaraq, sadəliyi ilə seçilir və parlaq ağ qızıldandır. “Alyans”ı özəl sifarişlə kəsdirən cütlük üzüklərə adlarını deyil, baş hərflərini yazdırıblar. Hətta üzüyü sadə naxışlarla hazırlayan zərgərin adı da alyansa həkk olunub.

 

 

600 royal...

 

Şahzadənin keçirildiyi geniş ərazidə ümumilikdə 600 royalın qoyulub. Toya rəsmi dəvət olunanlarla yanaşı, kənardan toyu izləyən sadə vətəndaşların şənlənməsi üçün də bu pianolardan musiqilər səsləndirilib. Hətta sadə vətəndaşlar maestrolara sifariş vermək, püşklə musiqi seçmək şanslarına da sahib olublar.

 

 

 

80 minlik fayton...

 

Harri Çarlezlə Megan Marklın qonaqları salamlamaq üçün mindiyi fayton üç ay müddətinə hazırlanıb. Faytonu Tunis əslli londonlu bir gənc dizaynerin hazırladığı bildirilir. Faytonun ümumi qiyməti isə 80 min funt sterlinqdir (107 min dollar). Toya ümumi çəkilən xərc haqqında kral ailəsi məlumat verməyib. İngilis mətbuatına görə, toy xərcləri həmişə sirr saxlanılıb. Başqa mənbələrin bildirdiyinə görə, isə bu xərc 45 milyon dolları keçib.

 

 

 

Kral ailəsində ilk...

 

 

 

Harri və Meqanın toyu kral ailəsi tarixində başqa bir ilklə də yadda qalıb. Belə ki, şahzadə ilk dəfə olaraq boşanmış bir xanımla evlənib. Belə ki, aktrisa Meqan şahzadəyə qədər bir dəfə ərdə olub. O, həyat yoldaşı Trevor Enqelsonla 2013-cü ildə boşanıb. Daha sonra o, ABŞ-da böyük restoranlar şəbəkəsi olan Kori Vitello adlı iş adamı ilə sevgili olub. Harri Meqanın həyatında olan sayca üçüncü kişidir.

 

 

 

Cütlüyün ilk şam yeməyi...

 

 

 

Cütlük ilk şam yeməyini Concept Zero restoranında yeyib. Şahzadə həyat yoldaşı ilə şam yeməyinə “Yaquar” markalı avtomobili ilə gedib. Avtomobilin nömrəsi isə rəsmi qaydalarla xüsusi hazırlanıb və toyun tarixi qeyd olunub - E190518.

 

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>