Sizin link burada

Binada yanğın: 20 sakin təxliyə olundu

Xırdalanda yaşayış binasında yanğın olub.  Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasında baş verib. Nəticədə binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış 36 ədəd elektrik sayğac və 2 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub. Sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>