Sizin link burada

Ağdaşda və Qubada ev yandı

Bu gün Ağdaş rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xınaxlı kəndində ümumi sahəsi 32 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Oxşar hadisə Quba rayonunun İqrığ kəndində də baş verib. Həyətyanı sahədə 40 m2 quru ot, kol-kos, ümumi sahəsi 110 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə və 2 ədəd pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.​

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>