Sizin link burada

Azərbaycan nümayəndə heyəti İstanbula səfərə gedib

Azərbaycanın müharibə qaziləri və hərbiyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət heyətin Türkiyənin İstanbul şəhərinə səfəri başlayıb. Lent.az xəbər verir ki, ilk öncə İstanbulun Sarıyer bölgəsində ulu öndər Heydər Əliyevin adına salınmış parka gələn nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla yad edib. Ziyarətdən sonra nümayəndə heyəti İstanbulda təşkil olunan “Atatürkü Anma Gənclik və İdman Bayramı”na qatılıb. Bayram tədbirində Türkiyə Silahlı Qüvvələrinin, İstabul Qarnizonun komandiri, ordu generalı Musa Avsevər, İstanbul valisi Vasip Şahin, İstanbul Bələdiyyəsinin sədri Mevlüt Uysal və digər şəxslər iştirak edib. Tədbirdən sonra İstabul Qarnizonun komandanı ordu generalı Musa Avsevər, İstanbul valisi Vasip Şahin Azərbaycandan gələn heyətlə görüşüb. İstanbul valisi Vasip Şahinə xatirə hədiyyəsi təqdim edilib.

 

Xatırladaq ki, səfər Azərbaycan Prezidenti Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Görüşlər davam edir.

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>