Sizin link burada

Yığmamızın hücumçusuna görə 40 min avro

 Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Rusiyanın “Zenit” klubuna 40 min avro qazandırıb. Apasport.az saytının məlumatına görə, buna FİFA-nın qərarı səbəb olub.

 

 

 

Sankt-Peterburq təmsilçisinin şikayətinə baxan qurum Türkiyənin “Trabzonspor” klubunun bu məbləği ödəməsi haqda qərar verib. Trabzon təmsilçisi hücumçu üçün “Zenit”in tələb etdiyi 169 min avronun digər qismini ödəsə də, 40 mini verməkdə tələsmirdi. Buna görə şikayətə ehtiyac duyan rusiyalılar istəyinə çatıb.

 

 

Qeyd edək ki, “Zenit”in yetirməsi olan Şeydayev 2 il öncə azad agent kimi “Trabzonspor”a keçib. Bu komanda ilə 4 illik müqaviləsi olan hücumçu cari mövsümdə icarə əsasında “Qarabağ”da çıxış edib.

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>