Sizin link burada

Bir qrup şəxsə “Əməkdar mədəniyyət işçisi” adı verildi

Prezident İlham Əliyev muzey işi sahəsində çalışan bir qrup şəxsə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən, Azərbaycan Respublikasında muzey işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib:

Axundova Aida Xalıq qızı

Bağırova Qəmər Seyfəddin qızı

Balayeva Təranə Əhməd qızı

Bayramov Rza Rafiq oğlu

Bəkirova Nahidə Ellaz qızı

Əhmədova Tünzalə Həmid qızı

Ələkbərova Səadət Cahangir qızı

Hacıyev Akif Bağır oğlu

İbrahimov Kamil Fərhad oğlu

Orucəliyev Ramil Əli oğlu

Şadlinskaya Xanım Nazim qızı

Tağıyeva Əntiqə Rəhim qızı.

 

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>