Sizin link burada

Bakıda arvadını diri-diri yandıran kişinin cəzası AÇIQLANDI

Arvadının üzərinə benzin törərək yandırmaqda təqsirləndirilən Mais Həsənov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən  prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən hökmü ilə Mais Həsənov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Mais Həsənov ötən il iyulun 29-da həyat yoldaşı Güldəstə Ağayevanın qohumları tərəfindən inşa edilən və yaşaması üçün onlara təhvil verilən Binə qəsəbəsində olan mənzilə sərxoş halda gələrək arvadının axşam yeməyini gec hazırlamasını bəhanə edərək ona söyüşlər söyüb. Daha sonra Mais Həsənov arvadını öldürmək qərarına gəlib. O, həyətə çıxaraq avtomobilindən 5 litrlik plastik qabda olan benzini götürüb evə gələrək qapını arxadan bağlayıb. Təqsirləndirilən şəxs həmin ərəfədə mətbəxdə yemək hazırlayan Güldəstə Ağayevanın arxa tərəfdən üzərinə gedərək yanacağı onun üstünə töküb. Qadın üzərinə benzin töküldüyünü və qaz peçinin açıq olduğunu hiss edib və tez bir zamanda qazı söndürməyə cəhd edib. Lakin Mais Həsənov arvadını diri-diri öldürmək niyyətində olduğu üçün benzini yenidən az peçinin, arvadının və evin müxtəlif yerlərini səpib. Benzin alışmağa başlayıb və Güldəstə Ağayevə yanıq şoku keçirib. Qadın çətinliklə də olsa qapını açaraq qonşuları səsləyib. Hadisə yerinə gələn qonşular qadını və evi söndürə biliblər. Qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Hadisədən dərhal sonra Mais Həsənov polis tərəfindən saxlanılıb.

 

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>