Sizin link burada

Azərbaycanda 56 qanunsuz əcnəbi miqrant aşkar edilib

Dövlət Miqrasiya Xidməti (DMX)  qanunsuz miqrasiyaya qarşı mübarizə  tədbirlərini davam etdirir. Lent.az DMX-ya istinadən xəbər verir ki, xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı həyata keçirilən tədbirlər zamanı 56 nəfər əcnəbi aşkar edilib. Onlardan 13-ü Hindistan, 12-si  Türkiyə, 10-u Pakistan, 7-si İran, 7-si Nepal, 4-ü Özbəkistan, 2-si Gürcüstan və 1-i Türkmənistan və­­tən­da­şıdır. Həmin şəxslərdən 38 nəfəri Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mər­kə­zin­də yerləşdirilib.

 

Araşdırma zamanı 4 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, Pakistan vətəndaşı Muhammad Munirin qeyr-qanuni ola­raq küçə ticarəti ilə məşğul olduğu, digər əcnəbilərin Azərbaycan Respublika­sı­nın əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları məlum olub.

 

Saxlanılan Nepal vətəndaşları Thapa Dal Bahadur, Nepali Bhim və Karki Rameshin Hindistanda fəaliyyət göstərən Raju adlı şəxs tərəfindən Tür­ki­yəyə göndərilmək adı altında Azərbaycana gətirilməsinin və burada yerləşdirilməsinin təşkil edildiyi müəyyən edilib. Həmin Nepal vətəndaşlarının Azərbaycandan İrana, oradan Türkiyəyə keçirilməklə leqallaşacaqlarına vəd verilib və qanunsuz miqranta çevrilmələrinə şərait yaradılıb. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

 

Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan vətəndaşları və saxlanılan əcnəbilərdən İran vətəndaşlarının ölkəni tərk etmələri təmin edilib, digər şəxslərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

 

 

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>