Sizin link burada

Azərbaycanlı qadınları Türkiyədə satan şəxs tutuldu

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat tədbirləri həyata keçirib. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində Bərdə rayon sakini Samirə Mehdiyevanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi başlanılıb. 

 

Görülmüş tədbirlərlə S.Mehdiyeva saxlanılıb.

 

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>