Sizin link burada

Azərbaycana gizli telefon gətirən sürücü yaxalandı

Azərbaycana gələn avtomobilin gizli saxlanc yerlərindən mobil telefonlar aşkar edilib. Lent.az Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Qaz 31105" markalı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

 

Yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 19 ədəd "Samsung" markalı mobil telefonlarvə aksesuarları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>