Sizin link burada

YENİ QALMAQAL: "Pişik" Günellə Tolik üz-üzə gəldi: "Daşım ağırdı"

“Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərovanın “APA TV”-nin “Show time” verilişində dediyi “Azərbaycanlı müğənnilərdən Türkiyədə yalnız Zeynəb Xanlarovanı və Azəri Güneli tanıyırlar” sözləri şou aləminin gündəminə çevrilib. Lent.az-ın məlumatına görə, müğənni Üzeyir Mehdizadədən sonra prodüser Tolik (Tarix Əliyev) G.Ələkbərovanın fikirlərinə etiraz edib: “Ay Günel, səni hələ Bakıda tanısınlar. Hər çıxan kiməsə söz atır. Heç özlərini Azərbaycanda tanıyan yoxdur, o ki qalsın Türkiyədə tanısınlar. Yaman Türkiyəyə gedənlərin daşı ağır olub”.

 

Prodüserin bu sözlərinə G.Ələkbərovanın cavabı da gecikməyib. O Tolikə kinayəli cavab yazıb: “Ay Tolik, sən Allah bağışla. Bu dəfə günahımdan keç. Gələn dəfə mənə sual veriləndə cavab verməzdən öncə səndən icazə alaram, ağsaqqal. Deyirəm hər mövzuda ortaya atılmasan olmaz. Birincisi mən hər yerindən duran müğənni deyiləm. Sən Almaniyada qıy vuranda mən artıq müğənni idim. Yəni 2003-dən. İkinci də ki, Azərbaycanda da yetərincə tanınıram. Və bəziləri kimi pullar töksəydim, dünya ulduzu olardım. O ki qaldı daş düşmək məsələsinə, sən axı bilirsən mənim daşım necə ağırdı. Ona görə də namərdcəsinə üzümə gülüb, məni çox yerlərdən burublar”.

 

Qeyd edək ki, G.Ələkbərova “Show time” verilişinə açıqlamasında bu sözləri demişdi: “Türkiyədə bizim müğənnilərdən yalnız Zeynəb Xanlarova və Azəri Günel tanınır. Mən Günel Ələkbərova olaraq bunu düşünürəm və təsdiqləyirəm. Sözümün də arxasındayam. Bu mənim öz fikrimdir, gördüyümü deyirəm. Türkiyəyə gedib bir ətək pul töküb klip çəkdirirlər. Elə o pulu özün üçün Azərbaycanda ye də. Azəri Günel Türkiyədə borca-xərcə girib öz cibindən nəsə etməyib. Yəni bəhsə-bəhs klip çəkdirməyib ki, onu orada tanısınlar. O yalnız öz səsi, sənəti ilə sevilib. Onu Türkiyədə hamı tanıyır”

 

LENT

21 May 2018

Digər xəbərlər >>>