Sizin link burada

Əfv Komissiyasında 1100-dək müraciətə baxılıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başa çatıb.

 

APA-nın xəbərinə görə, bu gün keçirilən iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

 

İndiyədək 1100-dək müraciətə baxılıb.

 

Bununla da, komissiya işini yekunlaşdırıb.

 

Əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

 

 

 

*****

 

 

17:25

 

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

 

APA-nın xəbərinə görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

 

Komissiyanın indiyədək keçirilən iclaslarında 1100-dək müraciətə baxılıb.

 

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

LENT

25 May 2018
24 May 2018

Digər xəbərlər >>>