Sizin link burada

Alpinist Namin Bünyatzadənin meyiti Şəmkir rayonuna aparılıb

Ötən gün meyiti tapılan alpinistlərdən biri Namin Bünyatzadənin meyiti Şəmkir rayonuna gətirilib.

APA-nın qərb bürosunun xəbərinə görə, Şəmkirin Yeni Həyat kəndində mərhumun əmisinin evində yas mərasimi keçirilir.

N. Bünyatzadə Çinarlı kənd qəbiristanlığında dəfn olunacaq.

Dünən meyiti tapılan alpinistlərdən biri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı isə Masallı rayonunun Şərəfə kəndində dəfn olunub.

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləriCəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

LENT

25 May 2018
24 May 2018

Digər xəbərlər >>>