Sizin link burada

Alpinist Babur Hüseynov dəfn olundu - YENİLƏNİB

İtkin düşən alpinistlərdən biri Babur Hüseynov Astara rayonunda dəfn olunub.

 

APA-nın cənub bürosunun xəbərinə görə, mərhum Astaranın Giləkəran qəbiristanlığında torpağa tapşırılıb.

 

Babur Hüseynovla vida mərasimində onun çalışdığı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov və digər şəxslər də iştirak edib.

 

Qeyd edək ki, itkin düşən digər alpinistlər Fəridə Cəbrayılzadə Masallıda, Namin Bünyatzadə isə Şəmkirdə dəfn edilib.


 

Xatırladaq ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

 

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

 

 

***** 17.02

 

 

İtkin düşən alpinistlərdən biri Babur Hüseynovun nəşi Astara rayonuna gətirilib.

 

APA-nın cənub bürosunun xəbərinə görə, mərhum Astaranın Giləkəran kəndində dəfn olunacaq.

 

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

 

 

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

LENT

25 May 2018
24 May 2018

Digər xəbərlər >>>