Sizin link burada

Ümumdünya Qadın Sammitinin prezidenti Azərbaycan haqqında danışdı

Millət vəkili, siyasi Elmlər Doktoru  Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadını Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüblər. Lent.az xəbər verir ki, görüşdə İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Məlahət Qəhrəmanova, Yeganə Malkoç, Naibə Abdullayeva, Tünzalə Bakıxanova, Aynura Ağasiyeva, Sevda Nəcəfova, Sujayat Məmmədova , Həqiqət Abbasova, Janilya Qafarova, Pərvanə Mustafayeva, Yeganə Əliyeva, Royala Şirinova, Cəmilə İsmayılova, Zöhrə Məsiyeva, Ramilə Şirinova da iştirak edib. Görüşdə Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətin müxtəlif sahələrində rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr,  qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verilib. Qarabağ həqiqətləri ilə də bağlı Ümumdünya Qadın Sammitinin prezidenti məlumatlandırılıb. Azərbaycan mədəniyyəti, həqiqətləri ilə bağlı materialları  Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada təqdim edən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva "sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq" deyib. Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividad rəhbərlik etdiyi təşkilatın Azərbaycanla da münasibətlərin inkişafına önəm verdiyini deyib və Azərbaycan nümayəndə heyətinin sammitin işində iştirak edən ən fəal heyətlərdən biri olmasından, hər il Azərbaycanın sammitdə daha geniş təmsil olunması ilə yanaşı müzakirələrdə artan fəallığının da məmnuniyyət verici olduğunu deyib və Azərbaycan qadınlarına uğurlar diləyib. O, bildirib ki, qadınların bütün sahələrdə fəallığının genişlənməsində rol model qadınların üzərinə böyük vəzifələr düşür və bu cür sammitlərdə də məqsədin qadınların bütün sahələrdə rolunun genşlənməsinin dünya üçün nə qədər önəmli olduğuna diqqət çəkmək, müsbət nəticələrin daha da geniş yayılmasına dəstək göstərmək olduğunu bildirib. 

 

 

 

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>