Sizin link burada

2 vəkilə intizam tənbeh tədbiri irad bildirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

Kollegiyadan Lent.az-a verilən məlumata görə, iclasda tədbir iştirakçılarına Rəyasət Heyətinin cari fəaliyyəti və vəkilliyə qəbul üzrə hazırda görülən işlərin vəziyyəti barədə məlumat verilib.

Daha sonra iclasın gündəliyinə əsasən, bir sıra vəkillərin müraciətlərinə baxılaraq fərdi vəkilliyə keçmə, məsləhətxana üzrə iş yerinin dəyişməsi, habelə fəaliyyətində fərqlənmiş vəkillərin mükafatlandırılması barədə müvafiq qərarlar qəbul olunub.

İclasda həmçinin Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun və Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin tələblərinin pozulması hallarına yol verdiklərinə görə 2 vəkilə intizam tənbeh tədbiri qismində irad tutulub.

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>