Sizin link burada

Buffon “Yuventus”la vidalaşdı

Yuventus”un əfsanəvi qapıçısı Canluici Buffon qərarını açıqlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 40 yaşlı qolkiper mətbuat konfransı keçirərək “Yuventus”la vidalaşıb.

 

O, həftəsonu A seriyasının son turu çərçivəsində axırıncı dəfə “qoca sinyora”nın formasını geyinəcəyini söyləyib: “15 gün əvvəl karyeramı başa vuracağıma əmin idim. Amma indi çox maraqlı təkliflərim var. Bəziləri futbolçu, bəziləri klub rəsmisi qismində dəvət göndərib. Həmçinin “Yuventus” rəhbərliyi də qalıb burda çalışmağımda maraqlıdı. Şənbə günü “Yuventus”un heyətində son oyunuma çıxacam. Gözəl macəranın başa çatması üçün ən doğru zamandı. Gələcəklə bağlı qərarımı növbəti həftə verəcəm”.

 

 

Canluici İtaliyanın heç bir klubundan təklif almadığını da sözlərinə əlavə edib.

 

Qeyd edək ki, çempionluğu təmin edən “Yuventus” son tur çərçivəsində mayın 19-da “Verona”nı qəbul edəcək.

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>