Sizin link burada

32 dərəcə isti - SABAH

 
Bakıda və Abşeron yarımadasında mayın 18-də hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 25-29,  Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir. 
 
 
Azərbaycanın rayonlarında mayın 18-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcək, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Zəif şərq küləyi əsəcək.
 
 
Havanın temperaturunun gecə 12-17, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. 
 
 
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 18-də Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas  insanlar  üçün  əlverişlidir.   
 

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>