Sizin link burada

(R) Azercell-dən Masallı və Cəlilabad sakinləri üçün  4G

Lider mobil operator regionlar üçün sürətli mobil interneti əlçatan edir 
 
 
 
Ölkəmizdə ilk dəfə 4G texnologiyasını və yüksək sürətli mobil interneti abunəçilər üçün mümkün edən Azercell Telekom bölgələrdə də bu xidmətin yayılmasına yönəlik təşəbbüslərini davam etdirir. Azercell LTE şəbəkəsinin əhatə dairəsini genişləndirərək bu dəfə Masallı və Cəlilabad şəhərlərində 4G xidmətini istifadəyə verib. Belə ki, Masallıda ümumilidə 6, Cəlilabadda isə 5 LTE stansiyası quraşdırılaraq yerli abunəçilərə yüksək sürətli mobil internetdən istifadə etməyə imkan yaratdı. 4G xidmətinə qoşulan abunəçilərinə Azercell hədiyyə olaraq 5GB həcmində mobil internet də təqdim edir. 5GB hədiyyə interneti aktivləşdirmək üçün isə abunəçilərə sadəcə olaraq “4” rəqəmini 2525 qısa nömrəsinə SMS-lə göndərmək kifayətdir. 
 
 
Nəzərinizə çatdıraq ki, Bakı və Abşerondan sonra regionlarda ilk 4G xidmətləri təqdim edən operator olaraq, Azercell ötən il ərzində Gəncə, Bərdə, Şəmkir, Lənkəran və Şirvandakı abunəçiləri üçün yüksək sürətli interneti əlçatan etdi. Azercell-in bu il üçün əsas məqsədlərindən biri 4G şəbəkəsinin respublika ərazisi boyunca genişləndirilməsini davam etdirməkdir.
 
 
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>