Sizin link burada

Sabirabad sakinindən silah və narkotik götürüldü

Sabirabad sakinindən narkotik və silah aşkar edilib. Lent.az xəbər verir ki, Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidağa Səmədovun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 20 ədəd “Tramadol”, 2 ədəd elektron tərəzi, 1 ədəd pnevmatik tüfəng, 1 xəncər və 1 bıçaq, habelə həyətyanı sahədən sellofana bükülmüş, çəkisi 150 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. 

 

Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>