Sizin link burada

MTN polkovnikin qurbanı olmuş vəzifəli şəxsin istəyi reallaşmadı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin işində zərərçəkmiş qismində tanınmış və sonradan barəsində dələduzluq ittihamı ilə cinayət işi başlanmış Biləcəri qəsəbəsinin sabiq icra nümayəndəsi Bahəddin Sultanov və sabiq polis əməkdaşı Təvəkkül Vəliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri üzrə qərar elan edilib.

 

Hakimlər kollegiyasının qərarına əsasən, onların şikayətləri təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1 il sınaq müddəti olmaqla şərti cəza alıblar.

 

Təqsirləndirilən şəxslər hökmdən apelyasiya şikayəti veriblər, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

 

Bahəddin Sultanov və Təvəkkül Vəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham ediliblər.

 

İttihama görə, hər iki təqsirləndirilən şəxs torpaq alqı-satqısı zamanı vətəndaşdan külli miqdarda pulunu alıblar, daha sonra vədlərinə əməl etməyərək dələduzluq cinayəti törədiblər.

 

Onun barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. Bahəddin Sultanov 2004-2005-ci illərdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə İcra nümayəndəsi vəzifəsində işləyib.

 

Sonradan isə Sumqayıt yolunda 4 hektar torpaq sahəsi götürərək iribuynuzlu mal-qara saxlayıb, həmçinin Qazaxıstan Respublikasında tikinti işləri ilə məşğul olub.

Qeyd edək ki, Bahəddin Sultanov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

 

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>