Sizin link burada

Mingəçevirdə marşrut avtobusu traktorla toqquşdu: 2 yaralı

Mingəçevir şəhərində yol qəzası baş verib.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə M.Maqomayev prospektlərinin kəsişməsində qeydə alınıb.

 

Belə ki, traktor şəhərin əsas prospekti ilə hərəkətdə olan 8 saylı marşrut avtobusuna çırpılıb. Nəticədə iki sərnişin - 1974-cü il təvəllüdlü Məlahət Məhəbbət qızı Tağıyeva və digər gənc xanım yüngül xəsarət alıb. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

LENT

25 May 2018
24 May 2018

Digər xəbərlər >>>