Sizin link burada

Ərdoğan: “İsrailin zülmünə razılıq verməyəcəyik”

Bütün dünya göz yumsa da,  biz İsrail zülmünə razılıq verməyəcəyik.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

 

“Fələstinlilər yenidən repressiyaya məruz qaldılar. Fələstinli qardaşlarımıza hər cür vasitə ilə kömək etməyə davam edəcəyik. Bütün dünya göz yumsa da,  biz İsrail zülmünə razılıq verməyəcəyik. İsrailin hərəkətləri yol veriləndirsə, o zaman dünya quldurluğun hökm sürdüyü xaosa yuvarlanacaq”, deyə Ərdoğan qeyd edib.

 

O həmçinin Qəzzadakı hadisələrin fonunda BMT-ni tənqid edib: "BMT bu olaylar qarşısında bitib, tükənib, çöküb”.

 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>