Sizin link burada

Putin və Ərdoğan arasında telefon danışığı oldu

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər Fələstindəki son hadisələri müzakirə ediblər.

 

“Tərəflər Qəzza zolağında çox sayda ölüm halları ilə nəticələnən insidentlərlə bağlı dərin narahatlıq ifadə ediblər”, məlumatda deyilir.

 

Bundan əvvəl Türkiyə prezidenti Almaniya kansleri Angela Merkel və İran prezidenti Həsən Ruhani ilə Fələstindəki vəziyyəti müzakirə edib.

 

LENT

25 May 2018
24 May 2018

Digər xəbərlər >>>