Sizin link burada

Bakıda bu yollar tam bağlanacaq - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Aparılan təmir işləri ilə əlaqədar olaraq, may ayının 16-dan 17-nə keçən gecədən etibarən Təbriz küçəsinin Tələt Şıxəliyev və Əbdüləzəl Dəmirçizadə küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Lent.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

LENT

25 May 2018
24 May 2018

Digər xəbərlər >>>