Sizin link burada

"Bayılda təhlükəli sahənin sərhədləri dəqiqləşdirilir" - ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov Bayılda baş verən çökmənin səbəbini açıqlayıb.
 
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Ş. Səfərov deyib ki, Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi təbii amillər səbəbindən deyil, məhz texnogen amillər nəticəsində baş verib. Ərazi yüksək mailli yamacda yerləşir, yamacın təbii meyilliyi 35-40 dərəcədir. Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə də yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur.
 
 
Qurum rəsmisi qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri müvafiq qurumlarla  birgə ərazidə tədqiqat işləri aparır və  təhlükəli sahənin sərhədləri müəyyənləşdirilir.
 
 

LENT

25 May 2018
24 May 2018

Digər xəbərlər >>>