Sizin link burada

Nyu-Yorkun mərkəzində vəhşilərlə göz-gözə - HEYRƏTAMİZ GÖRÜNTÜLƏR

Rubrika: “Gəzməyə qərib ölkə...”

 

Bu rubrikada həftədə bir dəfə saytımızda dünyanın ən maraqlı ölkələri, ekzotik və görməli yerləri barəsində fotoları və həmin bölgə ilə bağlı ən maraqlı məlumatları təqdim edirik. Bu dəfə mövzumuz Nyu-Yorkdakı Bronks zooparkıdır.

 

Dünyanın ən böyük zooparkı elə dünyanın ən böyük şəhərlərindən biri olan Nyu-Yorkda yerləşir. Şəhərin mərkəzindən keçən Bronks çayının ətrafındakı ərazidə salınan nəhəng zoopark adını həmin su hövzəsindən götürüb.

 

Zoopark 1899-cu ildə yaradılıb və həmin vaxt orada 850 növ heyvan toplanıb.

 

Bronks zooparkının 265 hektar ərazisi çoxsaylı zonalara bölünüb. Bu zonaların hər biri təbii iqlim qurşaqlarına uyğundur. Bu zooparkda qəfəslər və heyvanlar üçün çəpərlər yoxdur. Bütün heyvanlar vəhşi təbiətdə olduğu kimi, sərbəst, təbii şəraitdə yaşasalar da daim zooloq-mütəxəssislərin nəzarəti altındadırlar. Burada bütöv zoopark boyu çay axır. Ziyarətçilər zooparkın bütün zonalarına sərbəst girişə sahib deyil. Məsələn, “Vəhşi Asiya” zonasını yalnız xüsusi qatar vasitəsilə gəzmək mümkündür. İnsanlar üçün daha təhlükəli ərazilər isə hasarla məhdudlaşdırılıb və oraya birbaşa giriş qadağan olunub.

 

Burada uşaqlar üçün ən əyləncəli məkan “Uşaq zooparkı”dır. Burada uşaqlar üçün təhlükəsiz və digər heyvanların balaları toplanıb. Heyvanlarla ünsiyyətdə olmaq uşaqlara unudulmaz hisslər yaşadır.

 

Bronks zooparkını bir gün ərzində gəzmək mümkün deyil. Zooparkın bütün zonalarını gəzib heyvanlarla tanış olmaq üçün iki həftədən artıq vaxt tələb olunur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>