Sizin link burada

Bakıda yeniyetmə avtomobil qaçırdı

Bakıda avtomobil qaçırılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 15-nə keçən gecə Binəqədi rayonu ərazisindən Sumqayıt şəhər sakini Təvəkkül Cəfərova məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb.

 

DİN-in və Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər xidmətləri, Bakı ŞBPİ DYPİ və Binəqədi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən, Bakı şəhər sakini olan bir yeniyetmə avtomobillə birlikdə saxlanılıb.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

 

 

 

LENT

23 May 2018

Digər xəbərlər >>>