Sizin link burada

İki "Vaz" toqquşdu: sürücülərdən biri öldü

Tərtər şəhərində ağır yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 15-də saat 17 radələrində Tərtər şəhərinin ərazisində şəhər sakinləri Mehdi Mustafayevin və Mehman Əsədovun idarə etdikləri iki “VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş M.Əsədov orada ölüb.

 

Tərtər RPŞ tərəfindən araşdırma aparılır

 

LENT

23 May 2018

Digər xəbərlər >>>