Sizin link burada

İdman klubundan 900 manat oğurladı

Qubada oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-də rayon ərazisindəki idman klublarının birindən 900 manat oğurlamaqda şübhəli bilinən rayon sakini Qalib Əlibəyov saxlanılıb.

 

Ətrafında aparılmış tədbirlərlə onun həmin tarixdə digər rayon sakininin 100 manatını oğurlaması da müəyyən edilib.

 

 

LENT

23 May 2018

Digər xəbərlər >>>