Sizin link burada

Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəisləri Bakıda görüşdü

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəislərinin üçtərəfli görüşü başlayıb.

 

Lent.az Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinə istinadən bildirir ki, görüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Türkiyə Quru Qoşunları Məktəbi və Gürcüstan Milli Müdafiə Akademiyasının nümayəndə heyətləri iştirak edir.

Mayın 18-dək davam edəcək tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstanın ali hərbi tədris müəssisələrinin təlim-tədris prosesləri barədə brifinqlər təqdim olunacaq.Eyni zamanda, təcrübə mübadiləsi aparılıcaq.

 

Həmçinin qeyd olunub ki, birgə fəaliyyətlər və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.

 

LENT

21 May 2018

Digər xəbərlər >>>