Sizin link burada

Qənirə Paşayeva Banqladeşin baş naziri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Ümumdünya Qadın Sammiti çərçivəsində Banqladeşin baş naziri Şeyx Hasina və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Lent.az-ın məlumatına görə, millət vəkili görüş zamanı onlara Azərbaycanla bağlı, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib.

 

Q. Paşayeva baş nazirə və rəhbərlik etdiyi heyətə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib. O, ölkələrimizin fəal qadınlarının əməkdaşlığının genişlənməsinin önəmindən də danışıb və fikir mübadiləsi olub. Millət vəkili görüşün sonunda Banqladeşin baş naziri Şeyx Hasina və rəhbərlik etdiyi nümayəndə heyəti üzvlərinə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

 

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>