Sizin link burada

Şirkət işçisini vurub 70 min aparanlardan biri də tutuldu

Mingəçevirdə külli miqdarda ziyan vurmaqla soyğunçuluq etmiş şəxslərdən daha biri tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70.000 manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini Yaşar Kərimov da saxlanılıb.

 

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.    

 

Qeyd edək ki, zərərçəkən iri şirkətlərdən birinin regional şöbəsinin işçisidir.

 

 

LENT

23 May 2018

Digər xəbərlər >>>