Sizin link burada

Azarkeşlər futbolçuları döydülər

Portuqaliya futbolunda xoşagəlməz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Sportinq”in azarkeşləri futbolçuları döyüb.
 
 
 
50 yaxın fanat klubun bazasına soxulub. Komandanın nəticələrindən narazı azarkeşlər bəzi oyunçuları döyməyə də macal tapıb.
 
 
 
Baş məşqçi Jorje Jezuşu təhqir edən fanatlar futbolçulardan Rui Patrisio, Vilyam Karvalyo, Bas Dost, Rodriqo Battalya və Yosip Mişiçə xəsarət yetiriblər. Dostun başının yarıldığı bildirilir.
 
 
 
Qeyd edək ki, hazırda “Sportinq” Portuqaliya çempionatının 3-cü pilləsində qərarlaşıb.

LENT

21 May 2018

Digər xəbərlər >>>