Sizin link burada

HƏMAS lideri: "Etirazlar davam etdiriləcək"

Qəzza zolağında hakim HƏMAS hərəkatının lideri İsmayıl Haniyə “Böyük qayıdış marşı”nın davam etdiriləcəyini bəyan edib.   

 

“Qayıdış marşı davam edir, davam edir, davam edir...”, - deyə İ.Haniyə Qəzza şəhəri yaxınlığındakı ən böyük etiraz düşərgəsində jurnalistlərə bildirib.  

 

“Qurbanlarımız marşın davam etdirilməsi üçün bir növ “yanacaq”dır”, - deyə o qeyd edib.    

 

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyi mayın 14-də  Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli ölüb, 3000-dən çox fələstinli yaralanıb.

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>