Sizin link burada

Aİ İranla əlaqələri genişləndirir

Aİ ölkələri və İran iqtisadiyyat sahəsində əlaqələri genişləndirmək üçün bütün səviyyələrdəki təmasların aktivləşdirilməsinə və ekspert məsləhətləşmələrinin keçirilməsinə dair razılığa gəliblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Brüsseldə İranın nüvə sazişinə dair danışıqların yekunları barədə açıqlamasında Aİ diplomatiyasının rəhbəri Federika Mogerini bildirib.     

 

“Biz ABŞ-ın sazişdən çıxması ilə əlaqədar təəssüflüyümüzü ifadə etdik və etiraf etdik ki, sazişin əsas hissəsi - sanksiyaların ləğvi və İranla iqtisadiyyat-ticarət sahəsindəki əlaqələrin normallaşdırılmasıdır”, - deyə o qeyd edib.  

 

“Biz dialoqu bütün sahələrdə dərinləşdirməyi qərara aldıq. Ekspertlərimiz artıq işləməyə başlayıb.  Yaxın bir neçə həftədə praktiki qərarlara nail olmaq üçün intensiv ekspert məsləhətləşmələrinə artıq başlamışıq”, - deyə Mogerini bildirib.

 

Onun sözlərinə görə, söhbət İranla iqtisadi əlaqələrin genişlənməsi, neft-qaz, neft məhsullarının  tədarükü, səmərəli bank əməliyyatları, aviasiya, dəniz və quru nəqliyyat növləri və ixrac kreditlərinin ayrılmasından gedir.   

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>