Sizin link burada

Bakıda yeni avtomobil yolunun tikintisinə 45 milyon manat ayrıldı

Prezident İlham Əliyev Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədi ilə sərəncam imzalayıb. Sərəncama əsasən, 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 45,0 (qırx beş) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

LENT

23 May 2018

Digər xəbərlər >>>